İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın rəqibi Şimali Makedoniya çempionatına 6 qolla başladı

09-08-2020

[r32]
xeber –

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a rəqib olacaq “Sileks” komandası Makedoniya liqasında ilk tur matçına çıxıb. 

“Report”un məlumatına görə, Kratovo təmsilçisi “Belasitsa”nın qonağı olub. Görüş “Sileks”in böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0. Qolların hamısı ikinci hissədə vurulub. İvan İvanovski 47-ci, Pepi Georgiyev 59-cu, Denis Ristov 70-ci və 84-cü, Stefan Curiç 88-ci və 90+2-ci dəqiqədə fərqlənib. 

Qeyd edək ki, “Qarabağ” “Sileks”lə avqustun 18-də və ya 19-da Bakıda qarşılaşacaq.  


mənbə :
Report.az

"Qarabag"in reqibi Simali Makedoniya cempionatina 6 qolla basladi