İçeriğe geçmek için "Enter"a basın

Belarusda seçicilərin 79%-i seçkilərdə iştirak edib

09-08-2020

[r32]
xeber –

Yerli vaxtla saat 18:00-a olan məlumata görə, Belarusda prezident seçkilərində seçici iştirakı 79% təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

“Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Çox vilayətlər artıq 80% sərhədi keçdi – faktiki olaraq, bütün vilayətlər, Minskdən və Minsk şəhərindən başqa”, – Yermoşina bildirib.

Qeyd edək ki, ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. 36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verir. İyulun 14-də Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb. 


mənbə :
Report.az

Belarusda secicilerin 79%-i seckilerde istirak edib