İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

09-08-2020

[r32]
xeber –

ABŞ-ın Cons Hopkins Universiteti ölkədə koronavirusa yoluxma hallarının sayının 5 milyonu ötdüyünü açıqlayıb.

Bu barədə “Report” universitetin saytına istinadən xəbər verir.

Məlumata görə, Birləşmiş Ştatlarda COVID-19-a yoluxma hallarının sayı 5 000 603-ə çatıb.  

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan 162 441 insan ölüb. Məlumata görə, koronavirusa yoluxan 1 643 118 pasiyent sağalıb.

Xatırladaq ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlar habelə pandemiya qurbanlarının sayına görə də digər ölkələri qabaqlayıb.

  


mənbə :
Report.az

ABS-da koronavirusa yoluxanlarin sayi 5 milyonu otdu