İçeriğe geçmek için "Enter"a basın

Ronaldu mövsüm üzrə qollarına sayına görə "Yuventus"da rekord vurdu

08-08-2020

[r32]
xeber –

“Yuventus”un portuqal hücumçusu Kriştianu Ronaldu Turin klubunda mövsüm üzrə qolların sayına görə rekorda imza atıb.

“Report” xəbər verir ki, Ronaldu Çempionlar Liqasının 1/8 finalının “Lion”a qarşı cavab matçında dubl edib. Beləliklə, mövsümdə hücumçunun hesabındakı qolların sayı 37-yə çatıb. Bu göstərici klub rekordu olub.

Əvvəlki rekord 95 il əvvəl qeydə alınıb. Belə ki, 1925/26 mövsümündə bu rekorda Ferens Xirser imza atıb. O, 35 qol vurub.

“Yuventus” cavab görüşündə “Lion”a qalib gəlib, ancaq növbəti mərhələyə səfər qolunun qaydasına görə fransız klubu çıxıb. İki görüşün ümumi hesabı 2:2-dir.


mənbə :
Report.az

Ronaldu movsum uzre qollarina sayina gore "Yuventus"da rekord vurdu