İçeriğe geçmek için "Enter"a basın

"Sumqayıt" klubundan növbəti transfer

07-08-2020

[r32]
xeber –

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə “Report”a klubun Mətbuat katibi Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, “gənclik şəhəri” təmsilçisi Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Karam Sultanovun keçidini həll edib.

24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

R.Məmmədov Sultanovun ya bu həftəsonu, ya da növbəti həftənin əvvəlində Bakıya gələcəyini bildirib.

Qeyd edək ki, K.Sultanov ölkəsində “Ordabası”, “Bayterek”, “Kızıl-Jar” və “Kaspi” klublarının formasını geyinib.


mənbə :
Report.az

"Sumqayit" klubundan novbeti transfer