İçeriğe geçmek için "Enter"a basın

Belarus millisinin futbolçusuna danışılmış oyun cəzası

06-08-2020

[r32]
xeber –

Belarus millisinin və BATE klubunun futbolçusu Zaxar Volkov 2 il müddətinə diskvalifikasiya olunub. 

“Report”un məlumatına görə, bu barədə qərar Belarus Futbol Federasiyaları Assosiasiyasının (ABFF) Nizam-İntizam və Etik Məsələlər Komitəsinin iclasında qəbul edilib. 23 yaşlı müdafiəçi “Naftan”ın oyunçusu ikən danışılmış matçda iştirakı səbəbindən cəzalandırılıb. 

Hazırda Volkovun Belarus yığmasında və digər çempionatlarda oynayıb-oynaya bilməyəcəyi məlum deyil. Komitə sədri Andrey Avdeyev bildirib ki, FIFA və UEFA bu cür qayda pozuntularına çox ciddi yanaşır. 

Qeyd edək ki, Zaxar Volkov BATE-yə 2018-ci ildə “Naftan”dan keçib. Həmin il o, Borisov komandası ilə Belarus çempionluğu qazanıb. 


mənbə :
Report.az

Belarus millisinin futbolcusuna danisilmis oyun cezasi