İçeriğe geçmek için "Enter"a basın

Almaniyada ticarət mərkəzinə hücum olub

31-07-2020

[r32]
xeber –

Almaniyanın paytaxtı Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisə nəticəsində 8 nəfər yaralanıb. 

“Berlinin Krosberq rayonunda çoxlu sayda xəsarət alan var. Biz Xermannplasın Xazelhayde ticarət kompleksindəyik”, –  Almaniya paytaxtının Xilasetmə Xidmətinin “Twitter” səhifəsində bildirilib. Xidmət bunu qarətə cəhd hesab edir. Hücum zamanı qaz balonundan istifadə edilib.

Polisdən “Xermannplas” metro stansiyasının bağlandığı bildirilib.


mənbə :
Report.az

Almaniyada ticaret merkezine hucum olub