İçeriğe geçmek için "Enter"a basın

PSJ-nin baş məşqçisi Mbappedən danışdı

31-07-2020

[r32]
xeber –

PSJ-nin baş məşqçisi Tomas Tuxel etiraf edib ki, komandasının hücumçusu Kiliana Mbappenin Çempionlar Liqasının matçlarına qədər bərpasına inanır.

Bu barədə “Report” RMC-yə istinadən xəbər verir.

Hücumçu “Sent-Etyen”lə Fransa Kubokunun final matçı zamanı zədə alıb. O birinci hissədə əvəz edilib. Tibbi müayinə topuğun zədəsini aşkarlayıb. Matç PSJ-nin minimal – 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Bəli, mən hələ buna inanıram, amma bu kiçik möcüzə olacaq. Bu aydındır”, – mütəxəssis bildirib.

Avqustun 12-də PSJ Çempionlar Liqasının dörddə bir finalında İtaliya “Atalanta”sı ilə oynayacaq.


mənbə :
Report.az

PSJ-nin bas mesqcisi Mbappeden danisdi