İçeriğe geçmek için "Enter"a basın

İspaniyalı futbolçu: "Qəbələ" istədiyim maaşı verə bilmir"

29-07-2020

[r32]
xeber –

Mövsümün sonunda “Qəbələ” ilə müqaviləsi başa çatan Fernan Lopes Azərbaycana qayıtmaya bilər.

Bu barədə “Report”a hazırda ölkəsində olan ispaniyalı futbolçunun özü məlumat verib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, “Qəbələ” ona istədiyi məvacibi verə bilmir: “Bu səbəbdən, indiki məqamda bu komandaya qayıtmağım mümkün deyil”.

Qeyd edək ki, Fernan Lopes “Qəbələ”yə 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 1+1 illik müqavilə bağlanılıb. 


mənbə :
Report.az

İspaniyali futbolcu: "Qebele" istediyim maasi vere bilmir"