[r32]
xeber –
Qazaxıstan Premyer Liqasında 2020/2021 mövsümü nəzərdə tutulan vaxtda başlamayacaq.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkədə koronavirus pandemyası ilə əlaqədar karantin rejiminin müddətinin 2 həftəlik uzadılması səbəbindən çempionat qeyri-müəyyən müddətədək yenidən təxirə salınıb.
Yeni mövsümlə bağlı qərar karantin müddəti başa çatdıqdan sonra veriləcək.
Qeyd edək ki, Qazaxıstan Premyer Liqası avqustun 3-də başlamalı idi.
mənbə :
Report.az