İçeriğe geçmek için "Enter"a basın

İtaliya Senatı fövqəladə vəziyyətin uzadılmasını dəstəklədi

29-07-2020

[r32]
xeber –

İtaliya parlamentinin Senatı koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin oktyabrın 15-dək uzadılmasını dəstəkləyib.

“Report”un yerli bürosu xəbər verir ki, öncə Senatda İtaliyanın Baş naziri Cüzeppe Konte çıxış edib.

“Fövqəladə vəziyyətin müddətinin uzadılması zəruridir. Çünki İtaliya hökumətinin nəzdində yaradılan Elmi və Texniki Komitənin məlumatları “virusun yayılmağa davam etdiyini göstərir”.

O, vətəndaşlara müraciət edərək onları evdə qalmağa, tələb və tövsiyələrə əməl etməyə çağırıb.

Daha sonra səsvermə keçirilib. Səsvermədə 157 senator təklifin lehinə, 125 senator isə əleyhinə səs verib.

Çərşənbə günü oxşar məsələyə Deputatlar Palatasında baxılacaq.


mənbə :
Report.az

İtaliya Senati fovqelade veziyyetin uzadilmasini destekledi