İçeriğe geçmek için "Enter"a basın

"Tour de France" veloyürüşünün vaxtı dəyişdirildi

28-07-2020

[r32]
xeber –

2021-ci il çoxgünlük “Tour de France” şosse veloyürüşünün tarixi dəyişdirilib. 

“Report”un məlumatına görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar qəbul edib. Qərara əsasən, nüfuzlu turnir gələn il 2 – 25 iyulda yox, 26 iyun – 18 iyulda təşkil olunacaq. 

Dəyişikliyə səbəb kimi yürüşün Tokio Yay Olimpiya Oyunlarında velosiped idmanı yarışları ilə üst-üstə düşməsi göstərilib. 

Qeyd edək ki, daha əvvəl olimpiada koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınıb. 


mənbə :
Report.az

"Tour de France" veloyurusunun vaxti deyisdirildi