İçeriğe geçmek için "Enter"a basın

Qubada elektrik dirəyi aşıb, fındıq bağı yanıb

28-07-2020

[r32]
xeber –

Quba rayonunun Rustov kəndi ərazisində elektrik dirəyinin aşması səbəbindən yanğın baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğın nəticəsində 300 m³ sahədə quru kol-kos sahəsi və vətəndaşa məxsus 30 ədədə yaxın yeni əkilmiş fındıq ağacı yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Qubada elektrik direyi asib, findiq bagi yanib