İçeriğe geçmek için "Enter"a basın

Nurməhəmmədov - Geyci döyüşünün yeni tarixi açıqlandı

28-07-2020

[r32]
xeber –

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək. 

“Report”un məlumatına görə, bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək. 

Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.  


mənbə :
Report.az

Nurmehemmedov – Geyci doyusunun yeni tarixi aciqlandi