İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı sual altına düşüb

28-07-2020

[r32]
xeber –

Azərbaycanın şose velosipedi üzrə Elit, U23 və gənclərdən ibarət yığma komandaları avqustun 24-28-də Fransada Avropa, sentyabrın 20-27-də isə İsveçrədə dünya çempionatında iştirak etməlidir.

“Report”un məlumat verir ki, yığmanın qeyd olunan yarışlarda iştirakı hazırda sual altındadır.

Bununla bağlı Azərbaycan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat katibi Pərviz Musayev özünün “Facebook” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi və yoluxma sayının dinamikasını nəzərə alan təşkilatçılar yığma üzvlərinin yarışdan əvvəl məhz həmin ölkələrdə karantinə alınmasını tələb edir. Tələbə əsasən, idmançılar Fransada 14, İsveçrədə isə 10 gün karantində qalmalı və bütün xərcləri (otel, qidalanma) özləri ödəməlidir:

“Komandalarımızın dünya və Avropa çempionatları, nüfuzlu beynəlxalq yarışlar, təlim-məşq toplanışları zamanı bütün xərcləri Gənclər və İdman nazirliyi qarşılayır. Sağ olsunlar, bu məsələdə hər zaman bizə dəstək olurlar. Amma Fransada 14, İsveçrədə isə 10 günlük karantin idmançı və texniki heyət sayını nəzərə alsaq kifayət qədər böyük məbləğə başa gələcək.

Lap tutaq ki AGİN həmin pulu da ödədi, amma yenə də məsələ qəliz olaraq qalır. Çünki, təşkilatçılar karantin zamanı qaldığın məkanı tərk etməmək tələbini də qoyduqları üçün idmançılarımız Fransada AÇ-dən əvvəl 14, İsveçrədə DÇ-dən əvvəl isə 10 gün yolda məşq edə bilməyəcəklər. Belədə yarışa getməyin nə mənası var?

Hələlik təşkilatçılarla danışıqlarımız davam edir və onlara karantinsiz keçinmək şərti ilə həm Azərbaycanda, həm də həmin ölkələrdə koronavirus testindən keçərək yarışda iştirak variantını təklif etmişik. Gözləyirik, görək qəbul edəcəklərmi?

Yeri gəlmişkən, Fransa və İsveçrənin yarışdan əvvəlki karantin tələbi bütün ölkələrə aid deyil. Məsələn, qonşu Gürcüstan idmançıları yarışlardan 1-2 gün əvvəl həmin ölkələrə rahat gedə biləcəklər. Maraqlıdır, görəsən niyə?


mənbə :
Report.az

Azerbaycan idmancilarinin beynelxalq yarislarda istiraki sual altina dusub