[r32]
xeber –
Meksikanın qadın futbol liqasının Tauak dairəsində keçirilən matçı faciə ilə başa çatıb.
Bu barədə “Report” “Unversal”a istinadən xəbər verir.
Bildirilir ki, ildırım iki idmançını vuraraq öldürüb, daha 3 nəfərə xəsarət yetirib.
Nəşrin məlumatına görə, oyun güclü yağış səbəbindən yarımçıq dayandırılıb. Lakin bu zaman 5 idmançı topu götürmək üçün meydançaya qayıdıb. Onlar qazonun üstünə çıxarkən ildırım futbolçuları vurub.
mənbə :
Report.az