İçeriğe geçmek için "Enter"a basın

"Real Madrid"in kapitanı dördüncü dəfə ata oldu

26-07-2020

[r32]
xeber –

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Serxio Ramosun oğlu dünyaya gəlib. 

“Report”un məlumatına görə, 34 yaşlı müdafiəçi həyat yoldaşı Pilar Rubio və yeni doğulan övladının fotosunu “Instagram”da paylaşıb. Təcrübəli müdafiəçi səhər saatlarında həyata göz açan körpənin 3,270 kq çəkidə olduğunu bildirib. O, uşağa Maksimo Adriano adını verib. 

Qeyd edək ki, Serxio Ramos və Pilar Rubio 3 uşaq da böyüdürlər. Kiçik Serxio 2014-cü, Marko 2015-ci, Alexandro isə 2018-ci ildə doğulub.



mənbə :
Report.az

"Real Madrid"in kapitani dorduncu defe ata oldu