İçeriğe geçmek için "Enter"a basın

Qazaxda kütləvi davada biri qadın olmaqla, dörd nəfər bıçaqlanıb

26-07-2020

[r32]
xeber –

Qazax rayonunda bıçaqlanma hadisəsi olub. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, münaqişə zəminində 3 nəfər – 1964-cü il təvəllüdlü Şahid Aslanov, 1971-ci il təvəllüdlü Mərdan Əliyev və 1987-ci il təvəllüdlü Elvin Abbasov bıçaq xəsarətləri alıblar. 

Hadisə zamanı daha bir gənc qadın da bıçaqlanıb.

Yaralıların dördü də Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. 

İlkin məlumata görə, hadisə Qazax şəhərində yerləşən kafelərin birində baş verib. Təhqiramiz ifadə üstündə yaranan mübahisə dava ilə nəticələnib.  

Hadisənin təfərrüatları araşdırılır.


mənbə :
Report.az

Qazaxda kutlevi davada biri qadin olmaqla, dord nefer bicaqlanib