İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" yeni transferini təqdim etdi

26-07-2020

[r32]
xeber –

“Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. 

“Report”un məlumatına görə, Ağdam təmsilçisini Uroş Matiçlə 2 illik müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi 8 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Uroş Matiç 23 may 1990-cı ildə Serbiyada doğulub. Makedoniya əsilli serb futbolçu hazırda İngiltərə “Mançester Yunayted”ində çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır. O, Slovakiyanın “Koşitse” (2009 – 2013), Portuqaliyanın “Benfika B” (2013-2014), Hollandiyanın “NAK Breda” (2014 – 2016), Avstriyanın “Şturm” (2016-2017), Danimarkanın “Kopenhagen” (2017-2018), eləcə də icarə əsasında Avstriyanın “Austriya” (2018-2019) və Kiprin APOEL (2019-2020) komandalarının formasını geyinib. Matiç 2017-ci ildə Danimarka çempionu və ölkə kubokunun qalibi olub. O, qardaşından fərqli olaraq, Serbiyanın yox, Makedoniyanın əsas millisində oynamağa qərar verib.  


mənbə :
Report.az

"Qarabag" yeni transferini teqdim etdi