İçeriğe geçmek için "Enter"a basın

"Formula 1": Daha üç ölkədə yarış keçirilməyəcək

24-07-2020

[r32]
xeber –

“Formula 1” şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, yarışlar koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə gerçəkləşməyəcək. 

Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək. 

Qeyd edək ki, bu il 5 – 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib.


mənbə :
Report.az

"Formula 1": Daha uc olkede yaris kecirilmeyecek