[r32]
xeber –
Cari mövsüm “Formula 1” üzrə Almaniya Qran-prisi Nürburqrinq avtodromunda gerçəkləşəcək.
“Report” yerli RTL-ə istinadən xəbər verir ki, yarış 9 – 11 oktyabrda olacaq. Daha əvvəl Hokkenhaymın yarışa ev sahibliyi edə bilməyəcəyi müəyyənləşib.
Almaniyadan sonra Portuqaliya (23 -25 oktyabr), daha sonra San-Marinoda (30 oktyabr – 1 noyabr) Qran-priyə ev sahibliyi edəcək.
Qeyd edək ki, Nürburqrinqdə sonuncu yarış 2013-cu ildə keçirilib.
mənbə :
Report.az