[r32]
xeber –
Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Pavel Paşayev zədəsini sağaldıb.
“Report” yerli “Sportarena” nəşrinə istinadən xəbər verir ki, son matçlarda iştirak etməyən cinah müdafiəçisi bu gün “Mariupol”la görüşdə meydanda ola bilər.
Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasına vəsiqə uğrunda pley-offun yarımfinal mərhələsində “Mariupol”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
mənbə :
Report.az