İçeriğe geçmek için "Enter"a basın

Canni De Byazi: "Bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm"

24-07-2020

[r32]
xeber –

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi “ilrestodelcarlino” nəşrinə müsahibə verib. 

“Report” xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis Azərbaycan yığmasındakı işinə bağlamağı səbrsizliklə gözlədiyini bildirib. 

O, gələcəkdə texniki direktor kimi də işləyə biləcəyini söyləyib: “Hazırda bütün diqqətinmi Azərbaycan millisinə yönəltmişəm. Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim”. 

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1.5 illik müqavilə bağlayacaq. 


mənbə :
Report.az

Canni De Byazi: "Butun diqqetimi Azerbaycan millisine yoneltmisem"