İçeriğe geçmek için "Enter"a basın

Tanınmış mütəxəssis "Dinamo"nun baş məşqçisi oldu

23-07-2020

[r32]
xeber –

Ukraynanın “Dinamo” futbol komandasının yeni baş məşqçisi bəlli olub. 

“Report” Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda rumıniyalı Mirça Luçeskuya tapışırılıb. 

75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Luçesku bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib. 

Qeyd edək ki, Mirça Luçesku 2008/2009 mövsümündə Ukrayna “Şaxtyor”u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub. 


mənbə :
Report.az

Taninmis mutexessis "Dinamo"nun bas mesqcisi oldu