İçeriğe geçmek için "Enter"a basın

İngiltərə klubu millimizin futbolçusu üçün razılıq əldə edə bilmədi

23-07-2020

[r32]
xeber –

İngiltərənin “Birmingem Siti” klubu “Vulverhempton”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov üçün rəsmi təklif göndərib. 

“Report” “Dailymail” nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Hətta tərəflər arasında görüş də baş tutub, lakin klublar ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, digər Çempionşip təmsilçisi “Koventri” də Renat Dadaşovla maraqlanır. Hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki, əsas komandada debüt etməyib.


mənbə :
Report.az

İngiltere klubu millimizin futbolcusu ucun raziliq elde ede bilmedi