İçeriğe geçmek için "Enter"a basın

"Sumqayıt" futbolçusu ilə yeni müqavilə imzaladı

20-07-2020

[r32]
xeber –

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Rəhim Sadıxovla yeni sözləşmə bağlanılıb. 

24 yaşlı futbolçunun 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə artırılıb

Qeyd edək ki, Rəhim Sadıxov 2019/2020 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.

Klub daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovla müqaviləni uzadıb. 


mənbə :
Report.az

"Sumqayit" futbolcusu ile yeni muqavile imzaladi