İçeriğe geçmek için "Enter"a basın

Rusiya Premyer Liqasının matçı təxirə salındı

20-07-2020

[r32]
xeber –

Rusiya Premyer Liqasının XXX turunda keçirilməsi planlaşdırılan “Krilya Sovetov” – “Soçi” matçı təxirə salınıb. 

“Report”un Samara təmsilçisinin rəsmi “Twitter” hesabına istinadən məlumatına görə, “Soçi” klubu bu barədə qarşı tərəfə məktub göndərib. 

Klub bildirib ki, epidemioloji vəziyyət onların oynamasına imkan verməyəcək. 

Qeyd edək ki, daha əvvəl “Soçi”nin bir neçə futbolçusunun koronavirusa yoluxduğu bəlli olub. Bu səbəbdən XXIX turdakı “Tambov”la matç da gerçəkləşməyib. 


mənbə :
Report.az

Rusiya Premyer Liqasinin matci texire salindi