İçeriğe geçmek için "Enter"a basın

Bakı klubu daha bir futbolçusu ilə müqaviləni yenilədi

20-07-2020

[r32]
xeber –

“Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Adil Nağıyevlə də razılıq əldə edib. 

25 yaşlı müdafiəçi 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinəcək. 

Qeyd edək ki, “Səbail” daha əvvəl Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli və Peyman Keşavarzın müqaviləsini daha bir il artırıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatanlardan Fəhmin Muradbəyli “Neftçi”yə, Ruslan Hacıyev isə “Qarabağ”a qayıdıb. 


mənbə :
Report.az

Baki klubu daha bir futbolcusu ile muqavileni yeniledi