İçeriğe geçmek için "Enter"a basın

"Neftçi TV" yayıma başlayır

20-07-2020

[r32]
xeber –

“Neftçi” klubunun televiziyası bu gün yayıma başlayır.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək.

Hər gün saat 12:00-dan 16:00-dək “Youtube” vasitəsilə yayım olacaq.

Qeyd edək ki, “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də “Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.


mənbə :
Report.az

"Neftci TV" yayima baslayir