[r32]
xeber –
Braziliyanın “Flamenqo” komandasına rəhbərlik edən Jorji Jezuş Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi olacaq.
“Report” Lisssabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis klubun təklifini qəbul edib.
Portuqaliyalı baş məşqçinin hazırkı komandası ilə müqaviləsi 2021-ci ilin yayına qədərdi. Jezuş sözləşmənin vaxtından əvvəl ləğv olunması barədə danışıqlar aparır.
O, artıq yeni komandası ilə razılığa gəlib. Jezuşla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Jorji Jezuş 2009 – 2015-ci illərdə “Benfika”ya rəhbərlik edib. O, komanda ilə 3 dəfə ölkə çempionluğunun, bir dəfə isə kubokunun qalibi olub.
mənbə :
Report.az