İçeriğe geçmek için "Enter"a basın

"Sumqayıt" sabiq futbolçusu ilə müqavilə imzaladı

17-07-2020

[r32]
xeber –

“Sumqayıt” Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” son mövsümü “Zirə”də keçirmiş sabiq yarımmüdafiəçisi Elvin Məmmədov ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2018/19 mövsümündə “Sumqayıt”da oynamış Elvin Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmanın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.


mənbə :
Report.az

"Sumqayit" sabiq futbolcusu ile muqavile imzaladi