İçeriğe geçmek için "Enter"a basın

"Sumqayıt" yeni transferini açıqladı

17-07-2020

[r32]
xeber –

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimov komanda ilə 1 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə” klublarının (63 oyun, 3 qol) şərəfini qoruyub. Mütəllimov Azərbaycanın U-21 (1 oyun) və A millilərinə də (1 oyun) dəvət alıb.


mənbə :
Report.az

"Sumqayit" yeni transferini aciqladi