İçeriğe geçmek için "Enter"a basın

Moskva sakinlərinin 60%-də COVID-19-a qarşı kollektiv immunitet yaranıb

17-07-2020

[r32]
xeber –

Moskvada artıq sakinlərin 60%-də koronavirusa qarşı kollektiv immunitet var.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

Həm Moskvada, həm də Nyu-Yorkda əhalinin təxminən 60%-də kollektiv immunitet yaranıb”, – o deyib.

S.Sobyanin Moskva ilə Nyu-Yorkun müqayisə edilməsini haqlı hesab edir. Bununla belə, o, fərqi də göstərb: “Onlarda proses bir ay çəkdi və səhiyyə sistemi yüklənməyə dözmədi. Biz isə xəstəliyin pik dövrünü üç aya qədər uzatdıq, vəziyyəti yumşaltdıq”.

Qeyd edək ki, Nyu-York ABŞ-da koronavirus epidemiyasının mərkəzinə çevrilib. Ən pis günlərdə burada gündəlik 700-dən çox insan virusdan həyatını itirib, 3 mindən çox insan xəstəxanaya yerləşdirilib. İyulun 16-na olan məlumata görə, Nyu-York şəhərində koronavirusdan ümumilikdə 18 754 nəfər ölüb, təxminən 4,6 min ölüm hadisəsi isə əlavə yoxlama tələb edir. Moskvada isə iyulun 17-nə olan məlumata əsasən, COVID-dən cəmi 4 271 nəfər ölüb.


mənbə :
Report.az

Moskva sakinlerinin 60%-de COVİD-19-a qarsi kollektiv immunitet yaranib