İçeriğe geçmek için "Enter"a basın

"Səbail" baş məşqçisi ilə bağlı qərarını verdi

17-07-2020

[r32]
xeber –

“Səbail” klubunda baş məşqçi Aftandil Hacıyevin taleyinə aydınlıq gəlib. 

Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın “Report”a verilən məlumata görə, 39 yaşlı mütəxəssislə müqavilənin müddəti uzadılıb. 

Gənc baş məşqçi 2020/2021 mövsümündə də komandanın sükanı arxasında olacaq. Klub Aftandil Hacıyevin köməkçiləri ilə də razılıq əldə edib. 

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən “Səbail”in baş məşqçisidir. O, 2018/2019 mövsümündə komanda ilə çempionatın bürünc medalına sahib olub və Avropa Liqasına vəsiqə qazanıb. 


mənbə :
Report.az

"Sebail" bas mesqcisi ile bagli qerarini verdi