İçeriğe geçmek için "Enter"a basın

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub

17-07-2020

[r32]
xeber –

Zirə” komandasının yeni baş məşqçisi bəlli olub

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: “Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi
təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram ”.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.


mənbə :
Report.az

Resad Sadiqov "Zire"nin bas mesqcisi teyin olunub