[r32]
xeber –
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Finiks Rayzinq” komandası USL çempionatında III turun matçına çıxıb.
“Report”un məlumatına görə, Rik Şantsın baş məşqçi olduğu komanda səfərdə “Oranj Kaunti” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yükunlaşıb.
29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Dadaşov 64-cü dəqiqədə hesabı açan Junior Flemminqsə məhsuldar ötürmə verib.
“Finiks Rayzinq” bu nəticədən sonra B qrupunda 7-ci xalını qazanıb.
mənbə :
Report.az