İçeriğe geçmek için "Enter"a basın

Bakıda qəza törədən pilotun müqaviləsi uzadıldı

16-07-2020

[r32]
xeber –

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandası pilotları Corc Rassell və Nikolas Latifi ilə müqavilənin müddətini uzadıb.

“Report” yarışın rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, hər iki sürücü növbəti – 2021 mövsümündə də komandada qalacaqlar.

Qeyd edək ki, Corc Rassell bu il keçirilmiş Virtual Azərbaycan Qran-prisinin qalibidir. O, həmçinin 2019-cu ildə Azərbaycan Qran-prisində qəza törədib. Onun idarə etdiyi bolid trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görüb.


mənbə :
Report.az

Bakida qeza toreden pilotun muqavilesi uzadildi