İçeriğe geçmek için "Enter"a basın

Ukraynada futbol hakimi döyüldü

16-07-2020

[r32]
xeber –

Futbol üzrə Ukrayna I Liqasında “Aqrobiznes” və “Minay” komandaları arasında keçirilmiş XXIV tur matçının baş hakimi Yuri İvanov fiziki təzyiqə məruz qalıb. 

“Report”un məlumatına görə, İvanov qarşılaşmanın ardından hakimlər otağında döyülüb. Faktla əlaqədar hüquq-mühafizə orqanları çəkilişlər edib, araşdırmalara başlayıblar. 

Qeyd edək ki, referi “Aqrobiznes”in oyunçularına 8 sarı vərəqə göstərib və bu komandanın qapısına penalti təyin edib. Oyun “Minay”ın son dəqiqə qolları sayəsində qələbəsi ilə yekunlaşıb – 2:0. İkinci qolu əslən azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub.   


mənbə :
Report.az

Ukraynada futbol hakimi doyuldu