İçeriğe geçmek için "Enter"a basın

"Mançester Yunayted" dünya çempionu ilə uzunmüddətli müqavilə imzalayır

16-07-2020

[r32]
xeber –

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Pol Poqba ilə müqavilənin müddətini uzadacaq. 

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 5 illik sözləşməyə imza atacaq. 

Fransa millisinin üzvü artıq klubdan ayrılmaq istəmir və komandadakı durumundan məmnundur. 

Qeyd edək ki, Pol Poqba Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. O, cari mövsüm “Mançester Yunayted”də uzun müdddət zədəli olduğu üçün 15 oyun keçirə bilib. Yarımmüdafiəçi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 


mənbə :
Report.az

"Mancester Yunayted" dunya cempionu ile uzunmuddetli muqavile imzalayir