İçeriğe geçmek için "Enter"a basın

"Yuventus" ardıcıl üçüncü oyununda qalib gələ bilmədi

16-07-2020

[r32]
xeber –

İtaliya A Seriyasının XXXIII tur matçında lider “Yuventus” “Sassuolo”nun qonağı olub. “Report”un məlumatına görə, Reco Emiliya şəhərindəki “Mapey” stadionunda keçirilmiş görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 3:3. 

İlk 2 qolu Turin komandası vurub. 5-ci dəqiqədə Danilo, 12-ci dəqiqədə isə Qonsalo İquain fərqlənib. Daha sonra meydan sahiblərindən Filip Curiçiç 29-cu, Domeniko Berardi 51-ci, Françesko Kaputo isə 54-cü dəqiqədə qola imza atıb. “Yuventus” məğlubiyyətdən 64-cü dəqiqədə Aleks Sandronun dəqiq zərbəsi ilə qurtulub. Beləliklə, “Qoca Sinyora” ardıcıl 3-cü matçında qələbə qazana bilməyib. 

Bununla belə, xalını 77-yə çatdıran “Yuventus” ən yaxın izləyicisi “Atalanta” ilə xal fərqini 7-yə çatdırıb. 47 xala malik “Sassuolo” isə 8-cidir. 

Gecənin digər qarşılaşmalarında “Roma” evdə “Verona”nı 2:1, “Fiorentina” səfərdə “Leççe”ni 3:1 hesabı ilə yenib. “Udineze” – “Latsio” matçında isə hesab açılmayıb – 0:0.   


mənbə :
Report.az

"Yuventus" ardicil ucuncu oyununda qalib gele bilmedi