İçeriğe geçmek için "Enter"a basın

Türk Sənətçiləri də şəhid general-mayor Polad Həşimovdan yazdı

16-07-2020


[r32]
Məşhur türk müğənnisi Alişan öz “İnstagram” səhifəsində Azərbaycana dəstək nümayiş etdirib.

Musavat.com bildirir ki, Türkiyəli müğənni Alişan Tovuzda erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovdan yazıb.

O, öz paylaşımında “Necə də böyük insan idin, necə gözəl ürəyə sahib imişsən. Məkanın cənnət olsun Polad Həşimov”, – deyə qeyd edib.

Sənətçi həmçinin Tovuzda baş verən döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyib: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan”.
Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül də İnstaqramda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotosunu paylaşaraq ailəsinə başsağlığı verib.

“Uğurlarına görə ona hədiyyə edilən evi şəhid övladlarına bağışlayan, xidməti maşını nazirliyə təhvil verib, işə metro ilə gedən general Polad Həşimov şəhid olub. Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin!”

Qeyd edək ki, bundan əvvəl məşhur Türkiyəli sənətçi Mahsum Kırmızıgül də sosial mediada Azərbaycan-Ermənistan sərhəddi Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotosunu paylaşaraq ailəsinə və ölkəmizə başsağlığı verib, bütün Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.

Türk Sənətçiləri də şəhid general-mayor Polad Həşimovdan yazdı