İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Milli Olimpiya Komitəsinə 180 min ABŞ dolları ayrıldı

15-07-2020

[r32]
xeber –

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Milli Olimpiya Komitələri (MOK) və beynəlxalq federasiyalara edəcəyi maliyyə yardımının məbləği açıqlanıb.

“Report” IOC-un rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun üçün ümumilikdə 100 milyon ABŞ dolları ayırıb.

Məbləğin 63 milyonu beynəlxalq federasiyalar, 37 milyonu isə 206 MOK arasında bölüşdürüləcək. Bu isə o deməkdir ki, hər komitəyə təqribən 180 000 ABŞ dolları ödəniləcək.

Bundan başqa, IOC-un İcraiyyə Komitəsi 2020-ci ilin sonunda Milli Olimpiya Komitələrinə daha 150 milyon ABŞ dolları həcmində yardım ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarına görə Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalara maliyyə dəstəyi verir.


mənbə :
Report.az

Azerbaycan Milli Olimpiya Komitesine 180 min ABS dollari ayrildi