İçeriğe geçmek için "Enter"a basın

Tomas Bax: "Tokio olimpiadasının yenidən təxirə salınması üçün əsas görmürəm"

15-07-2020

[r32]
xeber –

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları həmin tarixdə baş tutacaq.

“Report”un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Almaniyalı funksioner bildirib ki, olimpiadanın növbəti dəfə təxirə salınması üçün heç bir əsas görmür. O, gələn ilin iyulunda Oyunların başlamasını qeyd edəcəklərinə inandığını söyləyib.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.


mənbə :
Report.az

Tomas Bax: "Tokio olimpiadasinin yeniden texire salinmasi ucun esas gormurem"