İçeriğe geçmek için "Enter"a basın

İngiltərədə növbəti dəfə koronavirusa yoluxma qeydə alındı

15-07-2020

[r32]
xeber –

İngiltərə Çempionşipində futbolçular, məşqçilər və klub işçilərindən götürülmüş növbəti analizlərin nəticələri açıqlanıb. 

“Report” İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytına istinadən xəbər verir ki, 24 klubun 2 855 üzvündən test götürülüb, onlardan 1-nin nəticəsi müsbət olub. 

EFL həmin şəxsin kimliyini açıqlamayıb. 

Qeyd edək ki, iyunun 24-də Çempionşipdə daha 3 yoluxma qeydə alınıb. Dünən isə İngiltərə Premyer Liqasında bir futbolçuda koronavirus aşkarlanıb. 


mənbə :
Report.az

İngilterede novbeti defe koronavirusa yoluxma qeyde alindi