İçeriğe geçmek için "Enter"a basın

Panika yaradan “erməni” kimdir….

15-07-2020


[r32]
Dünən insanlar arasında təla-təşviş yaratmağa çalışan şəxsin kimliyi ilə bağlı maraqlı yeniliklər var. Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli Feysbukda status yazaraq həmin şəxsin kimliyinə dair fikir bildirib. Musavat.com F.Kərimlinin həmin statusunu təqdim edir:

“Sosial şəbəkələrdə “812-ci diviziyamızı vurdurdular, əsgərlər qırıldı” deyə təxribat yayan Almaniyada yaşayan, iki ildir bir sürü özü kimilərlə Müsavat Partiyasına böhtan atan Rəşad Məmmədov adlı bu məxluqdur.

Bəzilərinin də “Müsavat mühacir alveri edir” kimi böhtandan ibarət olan təbliğatı, bax, bu cür murdar adamların böhtanıyla başlamışdı.

Bu adamlar Rusiyanın agentura şəbəkəsinə daxildir və bunlarla birlikdə olanlar da ən azı şübhə altına alınmalıdır”.
F.Kərimli R.Məmmədovun şəklini də paylaşıb.

Qeyd edək ki, adı çəkilən şəxsin erməni olub-olmamasından asılı olmayaraq, birmənalı şəkildə demək olar ki, onun etdiyi düşmən hərəkətidir, xalqımıza, ordumuza qarşıdır.

Müqayisə üçün videonu yenidən paylaşırıq.

Bu şəkildə və videoda görünən şəxs ermənidir, əsl erməni. İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır.

Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb.

Bir az təcrübəsiz və təlaşa meylli adamlar, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik.

Əslində isə adı çəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb.

Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. “Artist”in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir.

Ancaq həmvətənlərimiz bilsinlər ki, indi də, bundan sonra da cəbhə xəttindən gələn heç bir xəbərə dərhal inanmaq, hələ onu ciddiyə alıb yaymaq lazım deyil.

Müharibədir, Allah iraq eləsin, qara xəbər olanda özümüz yarım saat tez, yarım saat gec, xəbər verəcəyik. Ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.

Düşmən gözünüzün önündədir və o, bur cür “artistlikləri” yaxşı bacarır.(musavat.com)

Panika yaradan “erməni” kimdir….