İçeriğe geçmek için "Enter"a basın

Bakıda izdihamlı yürüş – Video

15-07-2020


[r32]
Bu gün axşam saatlarından başlayaraq Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı və Sumqayıtda “Qarabağ” şüarı ilə çoxminli yürüş-mitinqlər keçirilib
Xəbər verdiyimiz kimi, Bakıda “Neftçilər” prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə yürüş edib.

Musavat.com xəbər verir ki, yürüşdə insanlar Prezidentə və orduya dəstəklərini nümayiş etdiriblər. “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vur, qır səngəri, Azərbaycan əsgəri” şüarlarını səsləndiribər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən olmayıb.

Bakının mərkəzi küçələrində “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə” şüarı altında gənclərin yürüşləri gecə saatlarınadək davam edib. İzdiham Prezident Administrasiyasının qarşısından keçərək Şəhidlər Xiyabanına doğru irəliləyib. Şəhidlər Xiyabanının qarşısında izdihamlı mitinq baş tutub.
İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildiriblər. .

Beləliklə, Azərbaycan xalqı, gəncliyi MÜHARİBƏ və QİSAS tələb etməyə başlayıb.

Qoy, bu yürüşlər bizi Qarabağda zəfərə aparan yolun başlanğıcı olsun!
Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.


Bakıda izdihamlı yürüş – Video