İçeriğe geçmek için "Enter"a basın

Klublarımızın sabiq baş məşqçi və futbolçuları liderləri məyus etdi

14-07-2020

[r32]
xeber –

Türkiyədə çempionluq uğrunda mübarizə aparan “Başakşehir” və “Trabzonspor” komandaları Superliqanın XXXII turunda məğlubiyyətlə üzləşiblər. 

“Report”un məlumatına görə, “Başakşehir” səfərdə “Konyaspor”a 3:4 hesabı ilə uduzub. “Bakı”nın sabiq baş məşqçisi Bülent Korkmazın hazırda rəhbərlik etdiyi kollektivə qələbə gətirən toplardan ikisini “Səbail”in sabiq futbolçusu Faruk Miya vurub. Miya 20-ci və 45+1-ci dəqiqədə fərqlənib. 

“Trabzonspor” isə “Neftçi”nin keçmiş futbolçusu Levent Kartopun hazırda baş məşqçi kimi çalışdığı “Denizlispor” önündə aciz qalıb – 1:2. 

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi “Kayserispor” komandası evdə “Qaziantep”lə görüşdə iki qırmızı vərəqəyə rəğmən, meydanı heç-heçə ilə tərk etməyi bacarıb – 1:1.  

Bu qələbələrdən sonra “Denizlispor” 35 xalla 13-cü, “Konyaspor” 33 xalla 14-cü pilləyə yüksəlib. Məğlubiyyətlərə baxmayaraq, “Başakşehir” sona 2 tur qalmış 66 xalla 1-ci, “Trabzonspor” 62 xalla 2-ci pillədə qərarlaşıb. 32 xala malik “Kayserispor” isə sondan əvvəlki – 17-ci yerdə gedir. Növbəti turda “Konyaspor” səfərdə “Trabzonspor”u da udsa, “Başakşehir” öz meydanında “Kayserispor”la görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq. 


mənbə :
Report.az

Klublarimizin sabiq bas mesqci ve futbolculari liderleri meyus etdi