İçeriğe geçmek için "Enter"a basın

Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

13-07-2020

[r32]
xeber –

Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yığması yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

“Report” Kipr Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Yohan Valemin başçılıq etdiyi kollektiv 2 görüş keçirəcək.

Kiprlilər əvvəlcə evdə Çexiya ilə üz-üzə gələcəklər. Bu görüş oktyabrın 7-də baş tutacaq. İkinci oyun isə 4 gün sonra səfərdə Yunanıstana qarşı olacaq. 

Qeyd edək ki, Azərbaycan və Kipr yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci qarşılaşma isə oktyabrın 13-də Bakıda olacaq. Bu qrupda Monteneqro və Lüksemburq milliləri də qərarlaşıb.  


mənbə :
Report.az

Millimizin reqibi yoldasliq oyunlari kecirecek