[r32]
xeber –
Braziliyanın “Qoyas” futbol klubunun oyunçusu İqor Soareş yol-nəqliyyat hadisəsində həlak olub.
“Report” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, 16 yaşlı futbolçu motosikllə qəzaya uğrayıb. Klubun rəhbərliyi futbolçunun ailəsinə və dostlarına başsağlığı verib.
“İqorun 16 yaşı vardı, o, yanvar 2018-ci ildən “Qoyas”da çıxış edirdi”, – xəbərdə deyilir.
mənbə :
Report.az