İçeriğe geçmek için "Enter"a basın

Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

11-07-2020

[r32]
xeber –

Səudiyyə Ərəbistanının iki liqasında 75 futbolçu koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub. 

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq. 

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında azarkeşsiz idman məşqləri iyunun 21-dən bərpa olunub. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 22 turdan sonra “Əl Hilal” 51 xalla 1-ci, “Əl Nəsr” 2-ci yerdə gedir.


mənbə :
Report.az

Seudiyye Erebistaninda 75 futbolcuda koronavirus askarlandi